Naxçıvanda badminton tədbiri

Badmintonla bağlı “Şattl Taym Azərbaycan-2022” layihəsinə start verilib. Allsport.az saytı xəbər verir ki, tədbirin ilk ünvanı Naxçıvan Muxtar Respublikası olub.

2 gün ərzində keçirilən layihədə 80 nəfər məktəbli həyatında ilk dəfə badmintonla tanış olub. Beynəlxalq sertifikatlı məşqçilər heyəti tərəfindən iştirakçılara badminton haqqında məlumat verilib, praktiki məşğələlər keçirilib.

İnteraktiv və əyləncəli badminton oyunları şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda iştirakçılara badminton ləvazimatları hədiyyə olunub.

Bu günədək layihə Bakı, Sumqayıt, Qusar, Lənkəran və Gəncə şəhərlərində 400-dən çox müəllim və 400-dən çox şagirdin iştirakı ilə həyata keçirilib.

Həmin kateqoriyadan