- Baxış sayı: 62
- 13 Yanvar 2025 19:02
- Baxış sayı: 622
- Yanvar 10, 2025
- 0
12-14 oktyabrda Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə Vladimir Semyonovun mükafatı uğrunda “Ugra Open” turniri keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, ənənəvi yarışda yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi ilə Əfqan Xaşalov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (70 kq), Ravil Babazadə, İbrahim Yusibov (hər ikisi – 79 kq), Cavid Sadıqov (92 kq) və Roman Bəkirov (97 kq) mübarizə aparacaqlar.
Hakimlər briqadasında bizdən 1-ci dərəcəli beynəlxalq hakim Sədi Quliyev yer alacaq.