- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
İyulun 25-də gənclər və idman naziri Fərid Qayıbov üzgüçülük üzrə gənclər arasında Avropa çempionatının bürünc medalçısı Ramil Vəlizadəni və dünya oyunlarının kikboksinq yarışının qalibi Bəhram Rəcəbzadəni qəbul edib.
Allsport.az saytı xəbər verir ki, o, hər 2 idmançını uğurlu çıxışları münasibətilə təbrik edib. Nazir qeyd edib ki, Azərbaycanın üzgüçülük idmanı tarxində ilk dəfə qitə çempionatı medalının qazanılması böyük nailiyyətdir. Bəhram Rəcəbzadəni dünya oyunlarında qızıl medal qazanmasının da böyük uğur olduğunu bildirən nazir hər iki idmançını təbrik edib və qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Səmimi qəbula görə minnətdarlıq edən idmançılar, qazandıqları uğur və yarışlara hazırlıq prosesi barədə məlumat veriblər. Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov qarşıdakı yarışlar və əsas hədəflər barədə məlumat verib.