Nazirliyin daha 2 əməkdaşı təhlükədə!

Gənclər və idman naziri Fərid Qayıbov, ötən həftə müavini Mariana Vasilyevanı yenə möhkəm danlayıb. Səbəb, ağırlıqqaldıranların toplantısına olimpiya dərəcəli beynəlxaq hakim Vahid Nəzərovun dəvət almamasıdır. Mütəxəssis, məsələdən hali olan kimi nazirə zəng edib və öz iradını bildirib. O da öz növbəsində bolqar məmura qəzəblənib. 48 yaşlı tarqovişteli adəti üzrə olanları boynundan atıb. Əvəzində, seleksiya üzrə baş məşqçi Yusif Hüseynovun üstünə düşüb ki, o niyə durumu Vahid Nəzərova anladıb və onu ifşa edib.

Mariana Vasilyevanın iş üsulu belədir. Xatırlayırsınızsa, mart ayında sözü gedən mütəxəssis 3 məşqçi həmkarı ilə bolqar məmurun otağında ondan qanunsuz işlərlə bağlı hesabat tələb edərkən, o, təzyiqə tab gətirməyərək, kövrəlmək həddinə çatmışdı. O vaxtdan Vasilyevanın Nəzərovu görməyə gözü yoxdur. Allsport və Prosport saytlarının rəhbərlərini qaraladığı, onları yurd içi və dışı beynəlxalq tədbirlərə dəvət almamaları üçün təlimat verdiyi kimi, əlaqələndiriciyə bu tapşırığı verib.

Bu vurhavurda – idmanın rəzil olub batdığı dönəmdə – şöbə müdiri Elnurun dili yenə çıxıb. Saytımıza daxil olan məlumata görə, konfrans otağında məsləhətçi Əliniyaz Mirzəyevi kürsüyə çıxardaraq, onu möhkəm sıxışdırıb. Bu azmış kimi, prokurorluqdan dəm vurub. Atalar yaxşı deyib: oğru elə bağırdı ki, doğrunun bağrı çatladı. Nazirlikdə yoxlanılası 2-3 adam varsa, biri onun özüdür. Son zamanlar Vasilyeva ilə Məmmədov o qədər narahatdı ki, kölgələrindən belə qorxaraq içəridə “casus” axtarırlar. Od olmayan yerdən, tüstü çıxmaz. Məntiqlə, daxildə qanunsuz işlər görülür. Yoxsa, onlar nəyinsə kənara sızmasından niyə belə narahatdırlar? Soğan yeməyənin içi göynəməz. Demək, nazirliyə girişin məhdudlaşdırılması, hər yerdə kameraların quraşdırılması, gələnlərin mobil telefonlarını aşağıda təhvil verməsi, sosial şəbəkələrə girişin kilidlənməsi və digər səbəblər boşuna deyil.

Son 2 il hüquqşünas işləyən Fidan Rüstəmli 3 dəfə vəzifəsini dəyişib. Axırda öz ərizəsi ilə işdən uzaqlaşıb və bunu ordakı mühitlə əlaqələndirib. Özlərinin dəvət etdiyi kadrın qısa müddətdə bu sayda yerdəyişməsi, üstəlik, aparat rəhbəri kimi yüksək vəzifəni daşıması, amma nəticədə nazirliyi birdəfəlik tərk etməsi, müxtəlif suallar ortaya çıxarır. Ona cavab tapılmayınca, Mariana, tənqidi yazılara görə idman ictimaiyyətində hələ çox adamı ittiham edərək sifarişçi sayacaq, Əliniyaz müəllimlə Yusif bəyi, eləcə də nəzərdə tutduğu daha bir neçə bacarıqlı kadrı işdən çıxarmaq üçün ərizə yazmağa məcbur etməyin yollarını axtaracaq. Nəzərinizə çatdıraq ki, Mirzəyevin himayəsində yaşlı insanlar var; Hüseynov isə böyük ailə başçısıdır. Başqa sözlə, doğmaları bu şəxslərə çox ehtiyaclıdır. Ölkə başçısı İlham Əliyev daim işsizliyi aradan qaldırmaq üçün çalışır, onlar isə…

Y.S. İdmanımıza gəlincə, Aşqabad batan kimi batır. Artıq idmançılar yarışa öz hesabına yollanmağa başlayıblar. Azərbaycan “peraşki” dönəminə qayıdır?

Həmin kateqoriyadan