- Baxış sayı: 45
- 25 Mart 2026 16:16
- Baxış sayı: 230
- Mart 25, 2026
- 0

NBA-nin rəhbərlər şurası liqaya iki yeni komandanın əlavə edilməsi prosesini təsdiqləyib.
Allsport.az xəbər verir ki, əsas namizədlər Sietl və Las-Veqas şəhərləridir. Analitiklər hər bir yeni klubun liqaya giriş haqqının 7-10 milyard dollar arasında olacağını proqnozlaşdırırlar.
Bu, Sietl üçün 2008-ci ildə itirdiyi “Supersoniks” komandasını bərpa etmək, Las-Veqas üçün isə idman paytaxtı imicini möhkəmləndirmək fürsətidir. Yeni klubların 2028/29 mövsümündən etibarən mübarizəyə qoşulması gözlənilir.