NBA-də yeni rekord

“Mayami Hit”in basketbolçusu Bam Adebayo “Vaşinqton Uizards”la matçda (150:129) 83 xal toplayaraq NBA tarixinə düşüb.

Allsport.az xəbər verir ki, 28 yaşlı ulduz bu göstərici ilə əfsanəvi Kobe Brayantın (81 xal) rekordunu qırıb və liqa tarixində bir oyunda ən çox xal qazanan ikinci oyunçu olub.

Adebayo həmçinin 43 sərbəst atış cəhdi və bu atışlardan qazandığı 36 xalla da yeni liqa rekordlarına imza atıb. O, görüşü 83 xalla yanaşı, 9 ribaund və 3 məhsuldar ötürmə ilə tamamlayaraq şəxsi rekordunu yeniləyib. Tarixi siyahının zirvəsində isə 100 xalla hələ də Uilt Çemberleyn qərarlaşıb.

Həmin kateqoriyadan