NBA-da basketbolçuların hazırlığı ilə bağlı 25 günlük proqram

Koronavirus pandemiyasına görə dayandırılan milli basketbol assosiasiyanın bərpası ilə bağlı 25 günlük plan tərtib edilib. Allsport.az xəbər verir ki, amerikalı jurnalist Brayan Uindhorst ESPN-ə açıqlamasında bu barədə danışıb:

“NBA-ni bərpa etmək üçün təkliflər irəli sürülür. Liqadakı məşqçilər və basketbolçular hazırlıq üçün 25 gün istəyir. Ümid edirəm ki, onlar bu müddətdə özlərini hazır edəcəklər.

Sosial məsafəni qorumaqla 11 gün hazırlıq keçmək mümkündür. Əgər icazə verilsə, növbəti 14 gündə 5×5 basketbol oynayıb, liqaya hazırlaşsınlar”.

Jurnalist NBA-nin taleyinə yaxın 3-4 həftədə aydınlıq gəlməyəcəyini deyib.

Həmin kateqoriyadan