NBA-nın ən yaxşıları məlum oldu

Tanınmış “The Ringer” idman nəşri NBA-nin 2025/2026 mövsümü üçün yenilənmiş “Top-100” reytinqini dərc edib.

Allsport.az xəbər verir ki, siyahıya “Denver Naqqets”in mərkəz oyunçusu Nikola Yokiç başçılıq edir.

Reytinqin ikinci pilləsində Şey Gilces-Aleksander (“Oklahoma-Siti Tander”), üçüncü yerdə isə gənc ulduz Viktor Vembanyama (“San-Antonio Spörs”) qərarlaşıb. “Leykers”in veteranı Lebron Ceyms siyahıda 25-ci, Pol Corc isə 100-cü pillədə yer alıb.

“The Ringer”in versiyasına görə ən yaxşı 10 basketbolçu:

  1. Nikola Yokiç (“Denver Naqqets”)
  2. Şey Gilces-Aleksander (“Oklahoma-Siti Tander”)
  3. Viktor Vembanyama (“San-Antonio Spörs”)
  4. Luka Donçiç (“Los-Anceles Leykers”)
  5. Yannis Adetokunbo (“Miluoki Baks”)
  6. Entoni Edvards (“Minnesotta Timbervulvz”)
  7. Kavay Leonard (“Los-Anceles Klippers”)
  8. Stefen Karri (“Qolden Steyt Uorriorz”)
  9. Keyd Kanninqem (“Detroyt Pistons”)
  10. Donovan Mitçell (“Klivlend Kavalyers”).

Həmin kateqoriyadan