- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Yeni mövsümünün yekununda “Neftçi” klubu ilə müqaviləsi bitmiş bəzi futbolçular qarşılıqlı razılaşma əsasında klubla yollarını ayırıb. Allsport.az xəbər verir ki, bunlar Aqil Məmmədov, Erik Ramos, Antonio Salas Quinta, Juan Alberto Melli və Nikolas Kanalesdir. “Ağ-qaralar”ın rəhbərliyi bu komandanın uğurları üçün çalışmış futbolçulara təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Məhəmməd Qurbanovla Mirabdulla Abbasovun da digər kluba keçidi ilə bağlı proses hazırda davam edir. Komandaya yeni cəlb olunmuş futboçulara gəlincə. 20.06.2016-cı il tarixdə İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının püşkatma mərasimi təşkil olunacaq. Məhz bu tarix turnirdə mübarizə aparacaq klubların iştirak ərizəsini UEFA-ya təqdim etmələri üçün son gündür.
Hazırda “Neftçi” ilə yeni transfer olunan futbolçular arasında sənədləşmə işləri yekunlaşmaq üzrədir. Klubdan bildirilir ki, sənədləşmə zamanı futbolçunun məxsus olduğu klubla, transfer edildiyi klub arasında TMS (Transfer Uyğunluğu Sistemi) məsələsi həll edilir. Bu sistemdə futbolçunun şəxsi sənədləri, müqavilə və s. yerləşdirilir. Daha sonra yerli federasiyaya transfer barədə məlumat verilir və futbolçuya avrokuboklarda çıxış etməsi üçün beynəlxalq sertifikat təqdim edilir. Hazırda bütün bu proseslər yekunlaşmaq üzrədir və komandaya yeni cəlb edilmiş futbolçularla bağlı 20.06.2016-cı il tarixdə ətraflı məlumat veriləcək.