“Neftçi” avrokubok uğrunda prinsipial görüşdə AzAL-a qalib gəldi

Bu gün Premyer Liqada 33-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub. Öncə liderlər qrupunda qərarlaşan iki kollektiv – “Zirə” və “Qəbələ” üz-üzə gəlib. Cari mövsümdə çempionat oyunlarında debütanta qalib gələ bilməyən qəbələlilər bu dəfə nəhayət ki, istəklərinə darmadağınla nail olublar – 0:3.

Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan “Kəpəz” səfərdə “Xəzər Lənkəran”la qarşılaşıb. Elə Gəncə təmsilçisi də səfərdə 3 cavabsız qolla qalib gəlib (3:0).

Mükafatçılar sırasına düşmək istəyən digər bir komanda – “İnter” “Rəvan”ın qonağı olub. “Bankirlər” daha böyük – 4:0 hesablı qələbəyə seviniblər.

Artıq çempionluğu təmin etmiş “Qarabağ” bu tur “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Ağdam klubu minimal hesabla üstün olub – 1:0.

Nəhayət, turun qapanış matçında “Neftçi” doğma meydanda AzAL-la qarşılaşıb. Avropa Liqasında vəsiqə uğrunda prinsipial əhəmiyyətə malik görüşdə qələbə “ağ-qaralar”a qismət olub (3:1).

Həmin kateqoriyadan