- Baxış sayı: 44
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 129
- Noyabr 25, 2024
- 0
Bu gün Premyer Liqada 35-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, artıq çempionluğu təmin etmiş və çempionatda heç bir iddiası qalmayan “Qarabağ” səfərdə sonuncu olmamağa çalışan “Rəvan”la qarşılaşıb. İlk yarının əvvəlində azlıqda qalan qonaqlar bu görüşdə məğlubiyyətlə üzləşiblər. “Rəvan” isə bu önəmli qələbə sayəsində son pilləni tərk etməyə nail olub – 2:1.
Sonuncu pilləyə düşməməyə çalışan “Xəzər Lənkəran” isə turnir cədvəlindəki qonşusu “Sumqayıt”ı qəbul edib. Qarşılaşmada hesabı meydan sahibləri açsalar da, sonda qələbə qonaqlara qismət olub (2:1). Nəticədə, cənublular sonuncu pilləyə yuvarlanıblar.
Daha bir maraqlı qarşılaşma “Qəbələ” ilə AzAL arasında baş tutub. Qəbələlilər iki cavabsız qolla qalib gəliblər.
Turun mərkəzi oyununda “Neftçi” ilə “İnter” qarşılaşıb. Altı qolun vurulduğu bu qarşılaşmada qələbə “Neftçi”yə qismət olub (4:2). Nəticədə, “təyyarəçilər”in Qəbələdəki məğlubiyyətindən istifadə edən “ağ-qaralar” 6-cı pilləyə yüksəliblər.
3-cülük uğrunda mübarizə aparan digər komanda – “Kəpəz” demək olar ki, gümüş medalları özü üçün təmin etmiş “Zirə”nin qonağı olub. 4 qolun vurulduğu bu oyunda qələbə qazanan olmayıb (2:2).