- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 161
- Mart 26, 2026
- 0

Qadınlar arasında Azərbaycan basketbol liqasının qalibi müəyyənləşib.
Allsport.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən final matçında “Neftçi” və “Azstars” kollektivləri qarşılaşıb.
93:29 hesablı qələbə qazanan birincilər yarışın qalibi olub.
Üçüncü yer uğrunda görüşdə isə “Xırdalan” klubu “Qaradağ”ı 51:49 hesabı ilə üstələyərək bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, final görüşünün ən yaxşı basketbolçusu “Neftçi”nin üzvü Angelina İsmayılova seçilib.