- Baxış sayı: 100
- 24 Mart 2026 23:23
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

Hövsan qəsəbəsində yerləşən fövqəladə hallar nazirliyinin “Xilasedici” idman-sağlamlıq mərkəzində gənc cüdoçuların paytaxt birinciliyi sona yetib.
Allsport.az saytı xəbər verir ki, ümumilikdə 165 nəfər medallar uğrunda mübarizə aparıb. 2-ci yarış günündə qızlarda Könül Əliyeva (52 kq) qalib olub.
Oğlanlarda Tahir Həsənli (55 kq), İsmayıl Zamanov (81 kq), Nihad Şıxəlizadə (90 kq) və Kənan Nəsibov (+100 kq) qızıl medalq azanıblar.
Ümumi komanda hesabında “Neftçi İdman Klubu” 1-ci yer, “Atilla” 2-ci və “Kanokan TT” 3-cü yer tutublar.