- Baxış sayı: 45
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

15 oktyabrda “Sərhədçi” olimpiya idman mərkəzində basketbol üzrə 28-ci ölkə çempionatının 1-ci turunun daha 3 oyunu keçirilib.
Allsport.az saytı xəbər verir ki, günün ilk matçında debütant “Neftçi İdman Klubu” gərgin mübarizədə “AAAF Xırdalan”ı 80:77 üstələyib. “Ağ-qaralar”dan Möhsün Muradxani (21 xal), “Xırdalan”dan Devin Pullum (27 xal) fərqləniblər.
2-ci qarşılaşma “Gəncə” üstün oyunda “Olimpik Şəki”ni 85:69 məyus edib. Günün son görüşündə “Sabah” gözlənilmədən son ölkə çempionu “Zirvə Astara”ı 69:61 yenib.