- Baxış sayı: 100
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, klubun inzibati binasında təşkil olunan tədbirdə sonuncu respublikadaxili yarışlar təhlil olunub və boksun hazırkı durumu ilə bağlı müzakirələr aparılıb. İstedadlı yeniyetmələrdə bu idman növünə marağın yaradılmasından söhbət açılıb və daha çox uşağın cəlb edilməsi ilə bağlı müxtəlif fikirlər söylənilib.
Sonra cari ildə qarşıda duran vəzifələr müzakirəyə çıxarılıb. Yeni ilin başlanması ilə əlaqədar görüləcək işlərlə bağlı məlumat verilib, planlar açıqlanıb. Daha sonra məşqçilərin çıxışları dinlənilib və fikir mübadiləsi aparılıb. Onların dilə gətirdiyi mövcud problemlərin klub tərəfindən tez bir zamanda aradan qaldırılacağı və onlara hər cür dəstəyin veriləcəyi vurğulanıb.
Məşqçilər 2024-cü ildə daha böyük nailiyyətlər qazanmaq üçün var gücləri ilə çalışacaqlarını bildiriblər.Tədbirin sonunda məşqçilər göstərilən qayğıya görə SOCAR-ın və “Neftçi” idman klubunun rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.