- Baxış sayı: 51
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0
Ölkə mətbuatında son zamanlar «Neftçi»nin daxilində vəziyyətin yaxşı olmaması, klubda genişmiqyası maliyyə təftişi aparılması xəbəri deyəsən, özünü tam doğruldur. Allsport.az saytına daxil olan bilgiyə görə, 6-qat Azərbaycan çempionu oktyabr ayından KİV-ə rekldam pulunu kəsib.
Bu baradə komandanın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin «Neftçi»də bu işlə məşgul olan lazımi şəxsləri məlumatlandırdığı deyilir. Mediaya qalan 3 aylıq (iyul, avqust, sentyabr) borc isə yaxın zamanda ödəniləcəyi bildirilir.
Ehtimal olunur ki, «ağ-qaralar»da baş vermiş son rəhbər dəyişikliklərin bu işdə müəyyən rolu var. Çünki prezident Sadıq Sadıqov nəinki kluba rəhbər gəldiyi ildən, hətta «Neftçi» İSM-də çalışdığı dönəmdən bəllidir ki, o mətbuatla çıx əməkdaşlıq edib. Görunur, mətbuatda AFFA-nın baş katib Elxan Məmmədovun adamı kimi qələmə verilən yeni vitse-prezident Elnur Məmmədov, hələ KİV-lə yaxında işləmək niyyətində deyil.
Bu arada komandada durumun «ağ-qara» olması futbolsevərləri də narahatlığa gətirib. 4,5 il flaqmana prezidentlik etdiyi dövrdə böyük uğurlar bəxş edən Sadıqovun, «Neftçi»dən ayrılmağa məcbur edilməsi barədə söz-söhbətin dolaşması, bayraqdarının gələcək taleyini qaranlıq edir.