- Baxış sayı: 36
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

“Neftçi” fasiləyə son qoyub. Allsport.az xəbər verir ki, iyunun 10-11-də tibbi müayinədən keçən komanda üzvləri bu gün hazırlığa start verib.
Futbolçular iyun ayının 14-nə qədər klubun təlim-məşq bazasında məşq edəcəklər. “Ağ-qaralar” ayın 14-dən 15-ə keçən gecə təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yollanacaqlar.
Qeyd edək ki, “Neftçi” Avropa Liqasının ilk təsnifat mərhələsindəki oyunlarını iyunun 30-da və iyulun 7-də keçirəcək. Püşkatma mərasimi iyunun 20-də İsveçrənin Nyon şəhərində baş tutacaq.