- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 166
- Mart 26, 2026
- 0

“Neftçi” basketbol klubu baş məşqçi Anar Sarıyevlə yolunu ayırıb.
Allsport.az saytı xəbər verir ki, o, U-18 millidə baş məşqçi və kişilərdən ibarət seçmədə köməkçi kimi işlərinin çoxluğunu əsas gətirərək, öz qərarı ilə vəzifəsini tərk edib.
Onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. “Neftçi” ötən mövsüm Anar Sarıyevin rəhbərliyi ilə Azərbaycan Kubokunun qalibi olub.