- Baxış sayı: 44
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
“Neftçi” AFFA-nın İntizam Komitəsinə müraciət ünvanlayıb. Allsport.az saytı xəbər verir ki, bayraqdar komandanın hücumçusu Ruslan Qurbanovun Premyer Liqanın 30-cu turunda “Qarabağ”la matçın 23-cü dəqiqəsində aldığı sarı vərəqənin ləğv olunmasını istəyirlər.
Qeyd edək ki, bu matçın baş hakimi Ramil Diniyev Ruslanı simulyasiyaya əl atması iddiası ilə sarı vərəqə ilə cəzalandırmışdı. Amma bakılılar hücumçunun həmin epizodda simulyasiya etmədiyini, ədalətsiz şəkildə cəzalandırıldığını bildirirlər.
Klubdan aldığımız məlumata görə, artıq bununla bağlı “Neftçi” rəhbərliyi AFFA-ya məktub ünvanlayıb. Məsələyə sabah keçiriləcək İntizam Komitəsinin növbəti iclasında baxılması gözlənilir. Qurbanovun sarı vərəqəsi ləğv olunsa, o, 31-ci turda “Zirə”yə qarşı forma geyə biləcək.