- Baxış sayı: 47
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 102
- Fevral 06, 2026
- 0

Məlum olduğu kimi, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya matçı ilə əlaqədar olaraq, Topaz Premyer Liqasının 3-cü turunun “Neftçi” – “Sumqayıt” oyunu İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda təşkil olunacaq. Allsport.az xəbər verir ki, məhz bu səbəbdən istisna hal kimi “Neftçi” – “Sumqayıt” matçını izləmək istəyən azarkeşlər üçün stadiona giriş pulsuz olacaq.
“Neftçi” PFK-nın üzvlük kartına sahib olan azarkeşlərlə klub tərəfindən ayrı-ayrılıqda əlaqə saxlanacaq və onların stadionda yerləşdirilməsi təmin ediləcək.