“Neftçi”dən 50-ci ev qələbəsi

“Neftçi” ölkə kubokunda 50-ci ev qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” 1/4 finalın cavab oyununda “Zirə”yə 3:1 qalib gəliblər.

Flaqman buna turnirdə öz meydanında keçirdiyi 80-ci matçda nail olub. “Neftçi” evdə 50 və daha çox qələbə qazanan 2-ci komandadır. Yalnız “Qarabağ” daha çox – 58 uğura sevinib.

Bakı klubu ölkə kubokunda bütün mövsümlərdə iştirak edən yeganə komandadır. “Ağ-qaralar”ın ilk ev qələbəsi 1993-cü ildə qeydə alınıb. “Ağ-qaralar” 1/32 finalda OİK-ə qalib gəlib – 6:0.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish