- Baxış sayı: 27
- 26 Noyabr 2024 14:44
- Baxış sayı: 31
- Noyabr 26, 2024
- 0
Premyer Liqada mövsümün ilk avtoqolu qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” – “Neftçi” oyununda qonaqların futbolçusu Jayro öz qapısına qol vurub. Komandasının 0:3 hesabı ilə uduzduğu qarşılaşmada hesabı açan braziliyalıyadak cari mövsümdə avtoqola üzülən olmamışdı.
Bu, ölkə çempionatları tarixində “Neftçi”nin futbolçularının 13-cü belə uğursuzluğudur. Yalnız iki komandanın üzvləri daha çox avtoqola üzülüb. AzAL 18, “Qarabağ” 14 dəfə oyunçularının öz qapısına qol vurması ilə barışıb. Ağdam təmsilçisi 18-ci dəfə rəqib qolunun sevincini yaşayıb. Bu göstəricidə “Qarabağ” hamıdan öndədir. “Neftçi” 16, “Bakı” 15 dəfə belə halla üzləşib.
Ümumilikdə isə Jayronun öz qapısına qol vurması ölkə çempionatları tarixinə 160-cı avtoqol kimi düşüb.