- Baxış sayı: 44
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
“Neftçi”nin inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda 1 il müddətində görülmüş işlər barəsində geniş hesabat təqdim edilib. İlk olaraq klubun icraçı direktoru Elnur Məmmədov klubun inkişaf strategiyasına uyğun olaraq tərəfdaş və sponsorlarla əməkdaşlıq, ali təhsil ocaqları, orta məktəblər və azarkeşlərlə iş, ev oyunlarının təşkili, könüllü sisteminin tətbiqi, Avropa Klublar Assosiasiyasındakı (ECA) üzvlük fəaliyyəti, klubun futbol akademiyasının işinin təşkili, mövsüm ərzində keçirilmiş təlim-məşq toplanışları, məşqçilərin inkişafı, media və ictimaiyyətlə qurulmuş əlaqələr və ən əsası, klubun yeni təlim-məşq bazasında görülən işlərlə əlaqədar geniş məlumat verib.
Təqdimatdan sonra Müşahidə Şurası görülən işləri qənaətbəxş hesab edib və gələcək üçün təlimatlarını verib. İclas zamanı müzakirə olunan digər mühüm məsələ əsas komandanın ölkə çempionatında və kubokundakı çıxışı olub. “Neftçi”nin idman direktoru və baş məşqçi səlahiyyətlərini icra edən Vəli Qasımov əsas komandanın ümumi vəziyyəti və mövcud olan problemlər barədə klub rəhbərliyinə hesabat verib. Bu günə olan göstəricilərə görə kubok uğrunda mübarizədə istənilən nəticə əldə olunsa da, “Neftçi”nin ölkə çempionatının turnir cədvəlində tutduğu yer rəhbərliyi, eləcə də azarkeşləri qane edə bilməz. Növbəti turlarda komandanın uğurlu çıxışı və turnir cədvəlində mümkün qədər irəliləməsi, eləcə də kubok oyunlarına ciddi hazırlaşmaq qarşıya məqsəd qoyulub.