“Neftçi”nin Müşahidə Şurası üç yeni sima ilə “gücləndi”

“Neftçi”nin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. Allsport.az xəbər verir ki, bir müddət öncə dünyasını dəyişən Mübariz Zeynalovla şuradan istefa verən Sadıq Sadıqovun əvəzində üç yeni sima təyin olunub.

Belə ki, bundan sonra paytaxt klubunun Müşahidə Şurasında millimizin və “Neftçi”nin sabiq futbolçusu Əsgər Abdullayev, pianoçu, Azərbaycan SSR xalq artisti, Azərbaycanın Dövlət mükafatı Laureatı, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, eləcə də Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfov yer alacaq.

Həmin kateqoriyadan