- Baxış sayı: 32
- 16 Aprel 2025 17:28
- Baxış sayı: 89
- Aprel 14, 2025
- 0
Çernoqoriyanın “Mladost” klubunun yarımmüdafiəçisi Duşan Laqator Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı cavab oyununu buraxmalı olacaq. Allsport.az xəbər verir ki, Bakıdakı oyunda qol vurmağa nail olan futbolçu eyni zamanda zədələnmişdi.
Məhz həmin zədəsini sağalda bilməməsi Laqatora cavab görüşündə meydana çıxmağa imkan verməyəcək. Onun əvəzində ilk dəqiqələrdən Luka Mirkoviçin oynaması gözlənilir. Hansı ki, “Neftçi”nin qapısına vurulan digər qolun da müəllifi bu futbolçu olmuşdu.
Qeyd edək ki, “Mladost” – “Neftçi” matçı saat 23:30-da start götürəcək.