- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Serbiya paytaxtı Belqradda kikboksun WAKO versiyası üzrə dünya çempionatı keçirilir. Allsport.az saytı xəbər verir ki, 2 ildən bir təşkil olunan bu mötəbər turnirdə Azərbaycan 25 idmançı ilə təmsil olunur. Artıq 7 rin ustamız – Çingiz Əhmədzadə (51 kq, loukik), Anar Məmmədov (51 kq, K-1), Ramiz Məmmədov (54 kq, loukik), Elşad Ələsgərov (75 kq, K-1), Zöhrab Əzimov (60 kq, loukik), Ramal Aslanov (71 kq, loukik) və Ehram Məcidov (94 kq, kik layf) yarımfinala adlayıblar.
Yarış vaxtı Azərbaycanı dəstəkləyənlərdən biri də “Neftçi”nin sabiq qapıçısı Sasa Stamenkoviç olub. Bu barədə Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov məlumat verib: “Neftçi” komandasının sabiq qapıçısı Kiqboksinq milli komandamıza dəstək verib. Çox sağ ol Sasa Stamenkoviç. Burada da sübut etdin ki, çalışdığın insanlara və Azərbaycan xalqına nə qədər sadiqsən”.