- Baxış sayı: 26
- 27 Mart 2026 19:54
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Kişi voleybolçuların yüksək liqasında “Neftçi” debütant “Ekspress”i yendi. Görüşlə bağlı “ağ-qaralar”ın yeni müqavilə bağladığı orta sahə oyunçusu Elnur Məmmədov allsport.az saytına bunu deyib:
“İlk matçda güclü “Murov”u 3:0 məğlub etdik. Növbəti oyunda da “Ekspress”i üstələdik. Rəqib yenidir, gənc voleybolçulardan təşkil olunub.
Sözsüz, qələbə təcrübədən irəli gəldi. Növbəti görüş “Xilasedici” klubuyladır. Onları da yenməyə çalışacağıq”.