NHL-də yeni rekord

“Kolorado” NHL-də Milad fasiləsinə qədər 61 xal toplamaqla liqa tarixinin yeni rekorduna imza atıb.

Allsport.az xəbər verir ki, 36 oyunda bu nəticəni göstərən Denver təmsilçisi 2006/07 mövsümündə “Anahaym”a məxsus olan 60 xallıq rekordu geridə qoyub. Komandanın lideri Natan Makkinnon 30 qol və 31 ötürmə ilə (cəmi 61 xal) bu tarixi uğurda əsas pay sahibi olub.

“Kolorado” indiyə qədər 3 dəfə (1996, 2001, 2022) Stenli kubokunu qazanıb.

Həmin kateqoriyadan