Nicat Şıxəlizadə karyerasını başa vurdu, millinin yeni kapitanı Rüstəm Orucov oldu

Bakı olimpiya stadionunda yerləşən cüdo federasiyasının təlim-məşq zalında yeni təyin olunmuş məşqçilər heyəti kişilərdən ibarət milli komandanın üzvlərinə təqdim edilib. 

Allsport.az saytı xəbər verir ki, Avropa və dünya çempionatının mükafatçısı Nicat Şıxəlizadə (66 kq) peşəkar idmançı karyerasını başa vurduğu üçün, milliyə yeni kapitan seçilib.

Olimpiya mükafatçısı, Avropa çempionu və 2 dəfə dünya çempionatının gümüş medalçısı Rüstəm Orucov bundan sonra kişilərdən ibarət yığmanın kapitanı olub.

Həmin kateqoriyadan