Niderlandlı futbolçu karyerasını bitirdi

Niderlandlı yarımmüdafiəçi Kevin Strotman peşəkar futboldan getməyə qərar verib.

Allsport.az xəbər verir ki, 34 yaşlı futbolçu iyul ayından komandasız qalıb.

Strotman karyerası ərzində “Sparta Rotterdam”, “Utrext”, PSV, “Roma”, “Marsel”, “Genoa” və “Kalyari”də çıxış edib. Mərkəz yarımmüdafiəçisi karyerası ərzində 487 rəsmi oyuna çıxıb, 45 qol vurub və 82 məhsuldar ötürmə edib. O, Niderland millisində də 46 oyunu var (3 qol).

Həmin kateqoriyadan