- Baxış sayı: 35
- 20 Mart 2026 13:31
- Baxış sayı: 118
- Mart 19, 2026
- 0

“Pari Nijni Novqorod”u önəmli oyunçu – anqolalı Milson Felisiu tərk edib. Allsport.az saytı xəbər verir ki, 23 yaşlı hücumameyilli yarımmüdafiəçi Rusiya klubuna ötən ilin fevralında Portuqaliya “Maritimo”sundan keçmişdi. Afrikalı futbolçu cari mövsüm 16 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Son zamanlar o ehtiyat oyunçular skamyasından meydana çıxıb. Amma meydana girən kimi oyunu canlandırıb. Milson 15-ci pillədə qərarlaşan “Ankaragücü”yə icarəyə verilib. Türkiyə superliqa komandası futbolçunu almaq imkanı var.