- Baxış sayı: 47
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, AMADA-nın rəhbər heyəti ilə Norveç antidopinq təşkilatının beynəlxalq əlaqələr və tibb məsələləri departamentinin direktoru Martin Holmlund Lauesen arasında görüş baş tutub.
Görüş zamanı Norveç antidopinq təşkilatının nümayəndəsi ilə müxtəlif mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Test, elm, təhsil və hüquq şöbələri öz fəaliyyətləri haqqında məlumat verib. Norveç təcrübəsinin müsbət tərəflərini öyrənmək məqsədilə norveçli qonaqla fikir mübadiləsi aparılıb.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq imkanları da geniş müzakirə edilib. Cənab Lauesen AMADA ilə birlikdə ortaq layihələr üzrə tərəfdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.