Norveçli idmançılar qarət olundu

Almaniyada keçirilən dünya kuboku mərhələsində xizəklə tramplindən tullanma üzrə Norveç yığması qarət edilib.

Allsport.az xəbər verir ki, komandanın meneceri Yan-Erik Aalbu hadisə ilə bağlı polisin araşdırma apardığını bildirib.

Oğrular idmançıların xizək və ayaqqabılarına toxunmasalar da, dəbilqələri, gödəkçələri, əlcəkləri və eynəkləri oğurlayıblar.

Norveçlilər yarışa başqa komandaların ləvazimatları ilə qatılmaq məcburiyyətində qalıblar.

Həmin kateqoriyadan