- Baxış sayı: 59
- 19 Mart 2026 16:25
- Baxış sayı: 236
- Mart 19, 2026
- 0

2021-ci ildə Slovakiyanın Banska Bistritsa şəhərində keçiriləcək Avropa gənclər olimpiya festivalının proqramı yenilənib. Allsport.az saytı xəbər verir ki, festivalın proqramına badminton da daxil edilib.
Yarış iyulun 24-dən avqustun 1-dək baş tutacaq. Festivalda bu idman növü ilə yanaşı, atletika, basketbol, velosiped, cüdo, həndbol, idman gimnastikası, üzgüçülük, tennis, triatlon və voleybol olacaq.