Noyerin mümkün varisləri bilindi

“Bavariya” qapıçısı Manuel Noyerlə müqavilənin uzadılması ilə bağlı danışıqlara ilin sonuna qədər başlayacaq.

Allsport.az xəbər verir ki, 38 yaşlı futbolçu ilə müqavilə 2025-ci ilin yayında başa çatır.
2025/26 mövsümünün sonuna kimi “Ştutqart”a icarəyə verilən Aleksander Nübel “Bavariya”da Noyerin əsas əvəzedicisi hesab olunur.
Eyni zamanda, “Bavariya” “Köln”dən 21 yaşlı alman qapıçı Yonas Urbiq və “Brayton”dan 22 yaşlı hollandiyalı qapıçı Bart Verbruggeni yaxından izləyir.

Həmin kateqoriyadan