- Baxış sayı: 41
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 10
- Dekabr 05, 2025
- 0

Allsport.az saytı xəbər verir ki, Bakı klubu 2 ABŞ-lı basketbolçu ilə anlaşıb.
24 yaşlı Daniel Mudi ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb. 201 santimetr boya malik forvard son olaraq “Montana State University Billings Athletics”in şərəfini qoruyub.
Komanda, həmçinin 195 santimetr boyu olan Kolin Qolsonla mövsümün sonuna kimi müqavilə bağlayıb. 22 yaşlı forvardın son klubu “Vayne State University” olub.