- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

5-7 apreldə Dağıstanın Kaspiysk şəhərində Surakat Asyatilovun xatirəsinə gənc yunan-Roma güləşçiləri arasında yarış keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ənənəvi rəqabətdə ölkəmizi böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi ilə 7 bahadır təmsil edəcək.
Bunlar Zaur Əliyev, Rəvan Rəcəbov (hər ikisi – 55 kq), Zaur Nuriyev (63 kq), Ramin İsrayilov (67 kq), Cavid Miralayev (77 kq), Şirxan Quliyev (82 kq) və Sərxan Məmmədovdur (130 kq).
Turnirdə bizdən 3-cü beynəlxalq dərəcəli hakim Cəlal Bahadurov ədaləti qoruyacaq.