- Baxış sayı: 36
- 15 Dekabr 2025 17:57
- Baxış sayı: 97
- Dekabr 15, 2025
- 0

Bu gün həndbolçuların ölkə çempionatında 3-cü turun 2 oyunu keçirildi.
Allsport.az saytı xəbər verir ki, kişilərin mübarizəsində “Məhsul” və “Təhsil” komandaları üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən matç adı ilk çəkilən klubunun 36:31 hesablı qələbəsi ilə yekunlaşıb.
Qadınların rəqabətində “Qarabağ” və “Nur” əl topu ustaları qarşılaşdılar. İlk hissə bərabər keçdi – 11:11. Növbəti hissədə də üstünlük “Qarabağ”da olsa da, oyunun son dəqiqələrində təşəbbüsü təqibə verdi və sonda 1 top fərqi ilə uduzdu (26:27).