- Baxış sayı: 23
- 21 Yanvar 2025 15:55
- Baxış sayı: 169
- Yanvar 19, 2025
- 0
Dünən “Bakı” klubu bir araya gələrək qış hazırliğına başliyib. Allsport.az saytı xəbər verir ki, ilk məşq günündə Nurlan Novruzov ve Türkiyənin “Qaziantəp BB” komandasında icarə müqaviləsinə vaxtından əvvəl xitam verilən Rəhman Hacıyev iştirak etməyiblər. Bu futbolçular çalışmadan kənarda qalmanın səbəbini nə məşqçilər korpusu, nə də rəhbərliyə bildiriblər.
Digər tərəfdən, komandanın düşərgəsinə 4 yeni futbolçu qoşulub. Bunlar “Sumqayıt”ın futbolçusu Taqim Novruzov, “Rəvan”dan yarımmüdafiəçilər Kamil Nurəhmədov və Ramazan Abbasov, eləcə də Azərbaycan millisinin sabiq hücumçusu Murad Hüseynovdur. Adı son çəkilən futbolçunun son klubu icarə əsasında çıxış etdiyi Rusiya “Daqdizel”i olub. Bu oyunçuların “Bakı”da qalıb-qalmayacağına baş məşqçi İbrahim Uzuncanın qərarından sonra aydınlıq gələcək.