- Baxış sayı: 31
- 24 Noyabr 2024 11:42
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Qadın həndbolçuların superliqasında sonuncu, 20-ci tura start verilib. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə Mingəçevirin “Nur” komandası “Kür” Olimpiya İdman Mərkəzində “Azəryol”u qəbul edib.
Ötən tur lider “Azərsu” ilə xal fərqini minimuma endirən “Azəryol”, çempionluq ümidlərini sonadək qorumaq üçün, bu görüşdən mütləq qələbə ilə ayrılmalı idi. Amma paytaxt həndbolçuları tapşırığı yerinə yetirə bilməyiblər. Oyun 27:24 hesabı ilə meydan sahibələrinin xeyrinə başa çatıb.
Bu isə, “Azərsu”nun çempionluğu vaxtından əvvəl bayram etməsinə səbəb olub. Çünki debütant autsayder “İdman Akademiyası” ilə şənbə günü oyunda məğlub olacağı təqdirdə belə, 1 xal üstünlüyünü qorumuş olacaq. Hərçənd həmin görüşdə “Azərsu”nun qələbəsi qətiyyən şübhə doğurmur.
Son oyun gününün digər qarşılaşmasında “Qarabağ” “Gənclərbirliyi”ni sınağa çəkəcək.