“Nyukasl” gənc ulduzunu qorumağa çalışır

“Nyukasl Yunayted” bir neçə top-klubun maraq dairəsində olan yarımmüdafiəçisi Lüis Mayli ilə müqaviləni yeniləmək üçün danışıqlara başlayıb.

Allsport.az xəbər verir ki, “sağsağanlar” öz yetirmələrini klubun uzunmüddətli layihəsinin vacib hissəsi kimi görürlər. 2013-cü ildən “Nyukasl” sistemində olan 19 yaşlı futbolçu artıq əsas komandanın daimi oyunçularından birinə çevrilib. Hazırda dizindən zədəli olduğu üçün yaşıl meydanlardan kənarda qalan Maylinin beynəlxalq fasilədən sonra sıraya dönməsi gözlənilir.

Mayli bu mövsüm keçirdiyi 30 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan