- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Barselona”nın baş məşqçisi Xansi Flik də gərgin futbol təqvimindən narazı olanlar siyahısına qoşulub. Allsport.az saytı xəbər verir ki, bəzi futbolçuların gələn yayın sonuna qədər 70-dən çox rəsmi matça çıxması ictimaiyyətin narahatlığına səbəb olub.
Çempionlar liqasının 2 əlavə oyunu, eləcə də oktyabr və noyabr aylarında beynəlxalq fasilələr oyunçuların potensial həddindən artıq yüklənməsini artırıb.
“FİFA oyunçuların qayğısına qalmalıdır. Biz hamımız oyunçuları ən yaxşı formada görmək istəyirik və buna görə də hesab edirəm ki, matçların sayı azaldılmalıdır”, – almaniyalı mütəxəssis deyib.