“O, la liqanın bombardiri adına iddialıdır”

“Mançester Siti”nin sabiq forvardı Serxio Aquero “Real”ın hücumçusu Kilian Mbappe haqqında danışıb.

Allsport.az xəbər verir ki, argentinalı keçmiş futbolçu belə qənaətə gəlib ki, Mbappenin Madrid klubuna keçidi digər komandalar üçün təhlükəni artırıb:

“Mbappenin “Real”a keçidi digər komandalar üçün daha çox təhlükə yaradıb. Məncə, o, La Liqanın bombardiri adına iddialıdır. Ancaq bir oyunçunun əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan komandadır”.

Həmin kateqoriyadan