- Baxış sayı: 40
- 13 Aprel 2025 12:11
- Baxış sayı: 42
- Aprel 14, 2025
- 0
Serbiyanın Zlatibor şəhərində keçirilən İSF U15 gimnaziada idman oyunlarında 3×3 basketbol idman növü üzrə son qrup oyunları baş tutub. Allsport.az xəbər verir ki, üçüncü oyun günündə mübarizəyə ilk öncə Azərbaycanın oğlan komandası başlayıb. Günün birinci oyununda Zaur Paşayevin başçılıq etdiyi kollektiv Kosta Rikanı 19-5 hesabı ilə məğlub edib. Sonuncu qrup oyununda da milli Nepal üzərində 18-10 hesablı rahat qələbəyə sevinib. Qızlar oyun gününə Çili 2 komandası üzərində 12-1 hesablı qələbə ilə start verib. Son qrup oyununda isə qızların rəqibi güclü Ukrayna komandası olub. Tatyana Deniskinanın yetirmələri əlavə vaxtın sonunda 16-14 hesabı ilə önəmli qələbə qazanıblar.
Bu nəticələrdən sonra oğlanlardan ibarət komanda qrup ikincisi kimi 1/8 finala, qızlar isə qrup dördüncüsü kimi 1/4 finala vəsiqə qazanıb. 11 aprel Bakı vaxtı ilə saat 12:40-da oğlan komanda Kosta Rika ilə, qızlar isə saat 13:20-də Çinlə qarşılaşacaq.