Oğuz Çətinin istefası rəsmi olaraq təsdiqləndi

“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin istefa verib. Allsport.az xəbər verir ki, ötən gün bu klubda ciddi islahatların olacağı, gəncləşdirmə siyasətinin aparılacağı, hətta baş məşqçi istefasının mümkünlüyünü də diqqətinizə çatdırmışdıq.

Artıq bu barədə yayılan хəbərlər Türkiyə mətbuatı tərəfindən də təsdiqlənib. Həmkarlarımız türk mütəхəssisin postundan ayrılması barədə хəbər yayıb.

Xəbərdə qeyd olunur ki, tərəflər arasındakı müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Həmçinin bildirilir ki, “Xəzər Lənkəran” əcnəbi futbolçularının bir çoхunu komandadan göndərəcək, mövsümün qalan hissəsində əsasən əvəzedici heyətin üzvlərinə güvənəcək.

Qeyd edək ki, klub rəhbərliyi də rəsmi olaraq, Oğuz Çətinin istefa verdiyini təsdiqləyib. Verilən açıqlamalara inansaq, türkiyəli mütəxəssis öz istəyi ilə komandadan gedib. Cənub təmsilçisini bundan sonra kimin çalışdıracağı isə hələlik, bəlli deyil.

Həmin kateqoriyadan