- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İdman gimnastikası üzrə Olimpiya çempionu Aliyə Mustafina 2015-ci il mövsümünə iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə start verəcək. Allsport.az xəbər verir ki, ötən ilin sonunda zədələnən gimnast Almaniyada müalicə keçdikdən sonra Rusiyaya qayıdıb.
İdman gimnastikası üzrə Rusiya milli komandasının baş məşqçisi Yevgeni Qrebenkin Mustafinanın martın əvvəlində Penzada təşkil olunacaq ölkə çempionatında iştirak etməyəcəyini və əsas hədəfinin Avropa Oyunları olduğunu söyləyib.
Baş məşqçi bildirib ki, gimnast aprelin əvvəlində Fransada keçiriləcək Avropa çempionatında da iştirak etməyəcək. İdmançı şəxsi məşqçisi ilə birlikdə “Bakı-2015”ə ciddi hazırlaşır. Bakıdan sonra gimnast oktyabrda Böyük Britaniyada “Rio-2016” Olimpiya Oyunlarına lisenziya verən dünya çempionatına qatılacaq.