Olimpiya çempionu Pakistan dağlarında vəfat edib

İkiqat olimpiya çempionu, yeddiqat dünya çempionu, 2016/2017 mövsümündə “Böyük kristal qlobus”un qalibi, alman biatlonçusu Laura Dalmayer Pakistanın Qarakorum dağ silsiləsində Leyla zirvəsinə qalxan zaman daş aşması nəticəsində dünyasını dəyişib.

Allsport.az xəbər verir ki, 31 yaşlı Dalmayer iyulun 28-də yerli vaxtla günorta radələrində təxminən 5700 m hündürlükdə partnyoru ilə birlikdə dırmaşarkən qaya uçqunu ilə toqquşub.

O, sertifikatlı dağ və xizək bələdçisidir.

Xilasedici helikopter qəza yerini tapıb, lakin hələ də zərərçəkmişə çata bilməyib.

Həmin kateqoriyadan