- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

7-10 avqustda Tiflisdə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə qran-pri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, sərbəst güləş millimiizn heyətində olimpiya çempionu və mükafatçısı Toğrul Əsgərov da var. O, olimpiya çəkisində – 74 kq-da çıxış edəcək.
Gəncəli bahadır 2,7 il sonra güləş xalçasına qayıdır. Tilullu idmançı sonuncü dəfə 2017-ci ilin yanvarında Hindistanda peşəkar güləş liqasında çıxış edib. Orda boynundan zədələnən Toğrul qara zolağa düşüb. Dopinqə görə 1 mövsüm güləşdən kənar qalan Əsgərov formasını geri qaytarmaqda çətinlik çəkib.