- Baxış sayı: 30
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən həndbol üzrə olimpiya çempionu Lüdmila Şubina barəsində cinayət işi başlanılıb. Allsport.az saytı xəbər verir ki, faktla bağlı Yasamal rayon Polis idarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, ekspertiza təyin edilib.
Onun barəsində hansı qərarın veriləcəyi ekspertiza rəyindən sonra məlum olacaq. Qeyd edək ki, hadisə iyulun 20-də Yasamal rayonunda baş verib. Füzuli küçəsində 90 RR 445 dövlət qeydiyyat nişanlı “Xonda CR-V” markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Şubina Lüdmila Yeqorovna idarəetməni itirərək, yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızı və onun oğlu 2014-cü il təvəllüdlü Məmmədov Hüseyn Nicat oğlunu vurub.
APA-nın məlumatına görə, xəsarət alan hər iki şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ülkər Məmmədova bir neçə gündən sonra xəstəxanada ölüb, oğlu isə evə buraxılıb.