Olimpiya iştirakçımız dünya çempionatına qələbə ilə başlayıb

Parisdə badminton üzrə dünya çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Murtuza Validarvinin rəhbərliyi ilə ölkəmizin ilk dəfə 4 kateqoriyada 6 idmançı ilə təmsil olunduğu dünya çempionatına Tokio və Paris olimpiadalarının iştirakçısı Edi Reski Dviçayo qələbə ilə başlayıb.

O, şəxsi yarışda dünya reytinq sıralamasında 19-cu olan yaponiyalı Koki Vatanabe üzərində qələbə ilə başlayıb – 2:0 (21-19,21-18). Badmintonçumuz 1/16 finalda indoneziyalı Conatan Kristie ilə qarşılaşacaq.

Digər badmintonçumuz Diki Pangestu isə kişi badmintonçuların şəxsi yarışında Xorvatiya badmintonçusu Aria Dinataya 1:2 (16-21, 21-16,14-21) hesabı ilə uduzub.

Kişilərin qoşa yarışında Aqil Qəbilov – Diki Pangestu tandemi ilk görüşdə Sinqapur idmançıları Junsuke Kubo-Vesley Koh cütünə 0:2 (9-21,13-21) hesabı ilə məğlub olublar.

Qadınların şəxsi yarışında Keişa Fatimə Zəhra 1/32 finalda braziliyalı Juliana Vieyra ilə qarşılaşacaq.

Qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov – Həcər Nuriyeva 1/32 finalda Almaniya badmintonçuları Malik Bourakkadi – Leona Mixalski cütü ilə üz-üzə gələcəklər.

Dünya çempionatında Azərbaycan nümayəndə heyətini baş katib Ramil Hacıyev təmsil edir.

Həmin kateqoriyadan